Gecələr yatmamağın 7 ölümcül fəsadı

Baxılıb:264
Gecələr yatmamağın 7 ölümcül fəsadı

Aparılan araşdırmalara görə, yetkin insanlar gündə ən az 7 yatmalıdırlar. Yaxşı və kifayət qədər yatmasanız, bunun ağır fəsadları ola bilər.

AzTimes.az gencaile.az-a istinadən fəsadları təqdim edir:

Yaddaşa və beyinə təsir edir

Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. Yaxşı bir yuxu zehni sağlamlıq, düşünmə və öyrənmə həvəsində əhəmiyyətli rol oynayır.

Ürəyiniz zərər görür

Bədəniniz yuxusuz qaldıqda yaşınız, çəkiniz, vərdişləriniz nə olursa-olsun, ürək və damar xəstəlikləri riski artır. Yuxu qan damarlarınızı və ürəyinizi yaxşılaşdırır, yenilənmədə həyati rol oynayır. Ürək sağlamlığınızı qorumaq üçün hər gecə ən az 6 saat yatıb dincəlməyiniz vacibdir.

İmmun sisteminiz zəifləyir

Yuxu əsnasında immun sisteminiz sizi infeksiyadan qoruyan zülallar ifraz edir. İmmunitet zəiflədikdə bədəniniz hər cür virus və bakteriyaya qarşı müdafiəsiz hala gəlir. Kifayət qədər yatmayan insanlar xüsusilə qrip və soyuqdəyməyə daha çox tutulur.

Depressiyaya səbəb olur

Depressiya xəstələri arasında yuxusuzluq ən böyük göstəricilərdən biridir. Əgər yuxu probleminiz varsa, təcili həkimə müraciət edin. Çünki yuxusuzluq depressiya yarada bilər.

Çəki artırır

Bədəniniz ehtiyacı olduğundan daha az yatdıqda və dincəldikdə grel hormonu istehsalı artır. Bu hormon aclıq hissi yaradır. Əgər iştahanıza nəzarət edə bilməsəniz, bu, piylənmə ilə nəticələnə bilər.


Abunəlik