Həcc və Ümrə ziyarətinə getmək istəyənlərə ŞAD XƏBƏR

Baxılıb:320
Həcc və Ümrə ziyarətinə getmək istəyənlərə ŞAD XƏBƏR

Məkkədəki Kəbə və Mədinədəki Peyğəmbər məscidi artıq tam tutumuna uyğun olan sayda ziyarətçiləri qəbul edə biləcək. Müqəddəs ziyarətgahlara yalnız vaksinasiyasını tamamlayan şəxslər buraxılacaq.
Səudiyyə Ərəbistanında oktyabrın 17-dən etibarən COVID tədbirləri yumşaldılır.
AzTimes.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, küçədə maska taxmaq məcburiyyəti, habelə iaşə obyektlərinin müştəri, dini ibadətgahların ziyarətçi məhdudiyyətləri aradan qaldırılır.
Qeyd edək ki, qapalı məkanlar üçün maska rejimi hələ bir müddət də saxlanılacaq. (big.az)


Abunəlik