Yanğınla bağlı DYP təcili ÇAĞIRIŞ ETDİ
Bakı Şəhər Dövlət Yol Polisi Nərimanov rayonunda baş verən yanğınla bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, yanğınla əlaqədar hadisənin baş verdiyi istiqamətdə sıxlıq yaranıb.
“Sürücülərə tövsiyə edilir ki, təhlükəsizlik tədbirləri ilə bağlı müvəqqəti olaraq sözügedən küçələrdən istifadə etməsinlər”.