Polis vətəndaşa elektroşok verdi?- DİN-dən AÇIQLAMA

Baxılıb:218
Polis vətəndaşa elektroşok verdi?- DİN-dən AÇIQLAMA

Şirvan rayon sakini Təbriz Cəfərli şəxsi Feysbuk hesabında fotolar paylaşaraq iddia edib ki, 12 oktyabr 2021-ci il tarixdə Şəhidlər Xiyabanında keçirilən tədbirdə iştirak etmək istəyərkən Şirvan RPŞ əməkdaşları ona mane olub. Buna etiraz etdikdə isə polis ona elektroşok verərək boyun nahiyəsinə xəsarətlər yetirib.

AzTimes.az-ın DİN-ə yönləndirdiyi sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib:

-Vətəndaş Təbriz Cəfərlinin oktyabr ayının 12-də keçirilən anım tədbirinə buraxılmaması və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bildiririk ki, polis əməkdaşları keçirilən tədbirlər zamanı ictimai qaydanın təmin olunması istiqamətində xidməti vəzifələrini yerinə yetirirlər. Həmin şəxsin anım mərasimində iştirakına qadağa qoyulması və ona zor tətbiq edilməsi fikirləri əsassızdır.

AzTimes.az


Abunəlik