Xalaoğlunun azğınlığı, qurumların laqeydliyi ,yoxsa qrand SEVDASI?

Baxılıb:582
Xalaoğlunun azğınlığı, qurumların laqeydliyi ,yoxsa qrand SEVDASI?


Bir qızın zorlanması dünyanın ən ağır faciəsidir. Qadının o ilk günlə bağlı o qədər arzuları ,xəyalları olur ki… Xəyalının və bəsit  dünya görüşünün məhsulu olan planlar qurur. Hər qadının arzusu o mücəvhəri aşiq olduğu, bütün ömrü boyu bir yerdə yaşamağı,bir yastıqda qocalmağı gözə aldığı insana verməkdir.
Bir qızın zorlanmasına tək cinsi əlaqə kimi, zorakılıq faktoru kimi baxmaq olmaz. Bu həm də mənəviyyatın, insan psixikasının zorlanması deməkdir.
Belə hadisələr irəliləyən zamanda kişilərə qarşı ikrah, nifrət hissinin oyanmasına, daha da irəliləyən də eyni cinsə meyilliliyə  gətirib çıxarır.  Aparılan araşdırmalar sübut edir ki, lesbianların böyük qismi yetkinlik yaşına çatmadan zorlanan şəxslərdir. Qadınların zorlanması tək cəmiyyətdə deyil, elə ailədə də baş verir. Əri tərəfindən illərlə zorlanan qadınlar var. Belə hallarda mental dəyərlər insanların qarşısını kəsir ki, məsələni ictimailəsdirsin ya da polisə müraciət edilsin.Polisə müraciət edildikdə isə əksər hallarda polis ” ağsaqqal” rolu oynayır. “Ayıbdır, ailəni dağıtma, ər səni necə zorlaya bilər”və.s.
Bu ölkədə dövlət tərəfindən heç bir dəstək olmadan övlad böyütməyin nə qədər çətin olduğunu nəzərə alaq.  Valideyn üçün övladının-yetkinlik yaşına çatmayan övladının  zorlanması cəhənnəmi bu dünyada yaşamaqdır. 
İki gündür gündəmi zəbt edən “Sanay skandalı” da eynilə hər kəsi məyus edir.  İrqindən, millətindən , cinsindən , siyasi, dini baxışından asılı olmayaraq  bu cür məsələlərə göz yummaq olmaz. Aidiyyəti qurumlar elə ilk olaraq belə məsələlərə reaksiya verməlidir.

Yazar Zümrüd Yağmur qızı Sanay Yağmurun cinsi zorakılığa məruz qalması ilə bağlı mətbuat konfransı keçirib. Bir il öncə yetkinlik yaşına çatmamış qızı Sanayı xalası oğlu Əsgər Ağayevin təcavüz etdiyi bildirilir.İddia edilir ki, ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, o həbs olunmayıb. Zümrüd Yağmur  mətbuata verdiyi açıqlamasında müraciət etdiyi qurumların məsələyə biganə yanaşdığını bildirir. O, ölkə başçısını bu məsələdə günahlandırır. İddia edir ki, məsələyə ciddi yanaşılmaması prezidentin sifarişidir. Burda məntiq güdmək gülüncdür. Dövlətin bütün gücünü ortaya qoyub diplomatik müharibə apardığı bir vaxtda belə iddianı ciddi qəbul etmək gülüncdür. Məsələdə hər kəs günahkardır. Ölkə başçısı, prokurorluq, DİN, xala, xalanın oğlu da ,əri də. Xanımın iddia etdiyi pivəyə qatılmış narkotiki satan “bariqa” da günahkardır. Xala oğlunu gətirən taksi şoferi də. Bəs övladının xala oğlu ilə əlaqədən uzun müddət öncə zorlandığını etiraf etməyi bacarmayan ana necə??? O günahkar deyilmi?
Sanay illər öncə ona həyat verən atasına qarşı ifadələr verəndə zorlanıb əslində. Bir qız övladını ataya qarşı çıxmağa vadar edənlər zorlayıb əslində o fidanı.
Mahiyyətini belə anlamağa, qavramağa beyninin gücü çatmadığı bir yaşda  “hür küçələr bizimdir” şuarının ağırlığı altında əzilərək zorlanıb . Feminizm deyilən qasırğanın küləyi onu eniş-yoxuşda zorlayıb.


Bu iyrənc əməli törədən mütləq cəzalanmalıdır. Hətta hər kəsə örnək olacaq qədər sərt! Amma onunla yanaşı yetkinlik yaşına çatmayan övladını çəkisindən qat-qat ağır yükləri çəkməyə məcbur edən, diqqətdən kənar qoyan valideyn də cəzalansa, daha adil olmazmı?
Nə olur olsun, övladları ambisiya qurbanı etmək üçün dünyaya gətirmək olmaz.  Qrand-mrand boş şeydi, adama qızı qalacaq.

Pərvin Abışova AzTimes.az


Abunəlik