Erməni silahlıları içərək bir-birlərini güllələdilər

Baxılıb:206
Erməni silahlıları içərək  bir-birlərini güllələdilər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

AzTimes.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,
Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

AzTimes.az




Abunəlik