Azərbaycanlı nazirlər Belqraddakı məğlubiyyətə canlı baxıblar
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçını azərbaycanlı nazirlər də canlı izləyiblər.
AzTimes.az xəbər verir ki, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev millimizə tribunadan dəstək veriblər.