Babasil,qəbzlik,saç tökülməsi…Ucuz və təbii çarə

Baxılıb:338
Babasil,qəbzlik,saç tökülməsi…Ucuz və təbii çarə

Keçmişdə gənəgərçək yağı daha geniş istifadə olunurdu. Keçmiş əsrdə bu yağın köməyi ilə soyuqdəymələr, iltihablar, yaralar, qəbizlik və s. müalicə edirdilər.
Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.
Sfera.az bildirir ki, nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.
Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.
Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza – 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları “tənbəl” edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.
Gənəgərçək yağı yarasağaldan və iltihabəleyhinə təsirinə malikdir. Bu səbəbdən bu yağ müxtəlif dəri zədələnmələri, kəsiklər, yanıqlar, yaralar zamanı istifadə oluna bilər.
Gənəgərçək yağı babasil zamanı da istifadə olunur (gün ərzində bir neçə dəfə düyünlərin üzərinə çəkilir).
Gənəgərçək yağı soyuqdəymə, öskürək, bronxit zamanı istifadə olunur. Axşam yatmazdan əvvəl bir qədər qızdırılmış gənəgərçək yağı xəstənin sinəsinə və pəncələrinə çəkilir (daha sonra ayaqlara pambıq corab geyinmək lazımdır).
Əl və ayaqların dərisi quru, nahamar olduqda və qabıq verdikdə gənəgərçək yağı ilə bürünmələr dərini yumşaq və elastik edir. Bunun üçün əl və ayaqlara gənəgərçək yağı sürtmək, sellofan plyonka ilə bükmək və pambıq əlcək və corablar geyinmək lazımdır. Ən yaxşı variant bunu yatmazdan əvvəl etmək və bürünmələri səhərə kimi  saxlamaqdır. Belə bürünmələri 10 gün ərzində etmək lazımdır.


Abunəlik