Avstriyanın yeni kansleri bəlli oldu

Baxılıb:128
Avstriyanın yeni kansleri bəlli oldu

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ölkənin kansleri postuna gətirilib.
AzTimes.az TASS-a istinadən xəbər verir ki, Prezident Van der Bellenin sərəncamından sonra Şallenberqin andiçmə mərasimi keçirilib. Digər bir sərəncamla Sebastyan Kurtsun kansler vəzifəsindən istefası rəsmiləşib.
Qeyd edək ki, Mixael Linhar ölkənin yeni xarici işlər naziri olub.

Xatırladaq ki, Kurts  prokurorluq tərəfindən ona qarşı aparılan korrupsiya əleyhinə araşdırma fonunda istefa verib./ qafqazinfo


Abunəlik