Millət vəkili Sumqayıtda şəhidin anım günündə iştirak etdi-FOTOLAR

Baxılıb:297
Millət vəkili Sumqayıtda şəhidin anım günündə iştirak etdi-FOTOLAR

Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhidimiz Əhmədov Abdulla Əhməd oğlunun anım günüdür. Əhmədov Abdulla 12.03.2002-ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq 09.10.2020- ci il tarixində şəhid olmuşdur.

Əhmədov Abdulla Əhməd oğlu ön cəbhəyə gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət gösdərərək,döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.

Millət vəkili Hicran Hüseynova Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Əhəmdov Abdulla Əhməd oğlunun anım günündə iştirak edib, məzarına gül dəstələri düzərək şəhidin əziz xatirəsini yad edib. Şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verib, şəhidimizlə qürur duyulduğunu, hər zaman lazım olan qayğını və dəstəyi bundan sonra da ailəyə göstərəcəklərini bildiriblər.
Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri, qazilərimizə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.
AzTimes.az xəbər verir ki,Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir, hər zaman qürur və ehtiram hissi ilə yad etdiyini bildirib.
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.


Abunəlik