Şəhid anası ürək dağladı:”Ev istəmirəm,balamı qaytar mənə baxsın”- VİDEO

Baxılıb:576
Şəhid anası ürək dağladı:”Ev istəmirəm,balamı qaytar mənə baxsın”- VİDEO

AzTimes.az saytına müraciət edən Qax rayon sakini,Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Nurəddin Əlicanovun anası Ulduz Əlicanovadır.
Əlicanov Nurəddin Ələddin oğlu 18 yanvar 1994-cu il  Kəlbəcər istiqamətində gedən döyüşlərdə canını vətən uğrunda  fəda edib. Şəhidlik zirvəsinə yüksələndə onun cəmi 24 yaşı olub. Anası iddia edir ki, o Qax rayonunda şəhid ailələri üçün nəzərdə tutulmuş  binada mənzil növbəsində olub. ” Növbədə 17 ci idim. Birinci bina təhvil veriləndə aidiyyatlı səxslər məni çağıraraq dedilər ki, xala, bu mənzil yararsızdır. Sənə gələn dəfə tikilən binadan ev verəcəyik. Mən onların şirin dilinə aldanıb razılıq verdim. Sonra məlum oldu ki, onlar mənim adımı siyahıdan çıxarıb. Mən vəziyyətimin acınacaqlı olduğunu dəfələrlə icra hakimiyyətinə yaxınlaşaraq bildirmişəm. Amma onlar hər dəfəsində məni başlarından edirlər. Yəqin onlar görür ki, qocalmışam. Məni yola verirlər ki, ölüm.”
Ulduz  Əlicanov prezidentə müraciət edib. Müraciəti olduğu kimi sizə təqdim edirik:



Abunəlik