Bakı məktəbində ŞOK!5-ci sinif bütövlükdə dərsdən imtina etdi-SON DƏQİQƏ

Baxılıb:408
Bakı məktəbində ŞOK!5-ci sinif bütövlükdə dərsdən imtina etdi-SON DƏQİQƏ

Valideynlər bildiriblər ki, tələbləri yerinə yetirilməyənə qədər övladlarını məktəbə göndərməyəcəklər.

AzTimes.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdləri dərsə gəlməkdən imtina edib.  Hokm.az xəbər verir ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.  Belə ki, əvvəlki illərdə səhər növbəsində dərsə gələn şagirdlərin yeni tədris ilindən ikinci növbəyə məktəbə gətirməkdən imtina ediblər. Bu qərar valideynlərlə məsləhətləşmədən və onlara xəbərdarlıq olunmadan qəbul olunub. Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz bir növbəli olduğuna görə seçiblər. Bu dəyişiklik işləyən valideynləri çətin vəziyyətə salıb. Valideynlər müvafiq qurumlara müraciət etsələr də heç bir cavab almayıblar.  Valideynlər bildiriblər ki, övladları birinci növbəyə qaytarılmayına qədər dərsə gəlməyəcəklər.//Azərforum


Abunəlik