Göyçayda şəhidlər belə anıldı-FOTOLAR

Baxılıb:359
Göyçayda şəhidlər belə anıldı-FOTOLAR

Göyçayda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bu gün respublikamızın hər yerində olduğu kimi Göyçay rayonundada 27 sentyabr vətən müharibəsinin başlanmasının ildönümü, şəhidlərimiz anıldı rayonunun
AzTimes.az xəbər verir ki,Anım tədbirində rayon icra hakimiyəti başçısı, Milli Məclisin deputatları Sabir Hacıyev, rayonun hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Qonaqlar əvvəlcə Göyçay şəhər Şəhidlər xiyabanına yeni təmir bərpa olunaraq asvaltlanan yolla şəhid məzarlarını ziyarət edərək, məzarları üzərinə tər qərənfillər düzərək, ruhlarını ehtiramla yad ediblər.
Tədbir mərasimində Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışaraq, Prezident İlham Əliyev şəhidlərimizin Anım Gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anılaraq qeyd olunacağını diqqətə çatırdılar. Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub.
Bildirildi ki, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Tarixi qələbə nəticəsində dədə-baba yurdlarımız təxminən 30 ildən sonra düşməndən azad edildi. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzun illər davam edən Vətən həsrətinə və nisgilinə son qoyduğu vurğulandı.
Şəhid ailələri onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda məktəblilərin hazırladığı Göyçay şəhidləri kompazisiyası təqdim olundu. Vətən müharibəsində Göyçay rayonundan olan 46 şəhid onilliklər sonra da göyçaylıların böyük qəhrəmanları sayılacaq və daim fəxr mənbəyimiz olacaqlar.
Mərasim 27 sentyabr 2020 ci ildə ilk şəhid olmuş rayonun Ləkçıplaq kənd sakini Zamiq Əhmədovun ailəsini ziyarəti ilə yekunlaşıb.
Qeyd edək ki,. Şəhidlərin xatirəsinə ucaldılan bulaq komleksin və şəhidlər xiyabanına gedən yol asvaltlanaraq istifadəyə verilib. Şəhidlərin xatirəsinə keçirilən ağacəkmə aksiyasında mindən çox ağac, o cümlədən Şəhidlər Xiyabanında Vətən müharibəsində həlak olan yevlaxlı şəhidlərin sayı qədər – 46 ağac əkilib.


Abunəlik