Qarabağ qazisi dən ürək parçalayan sözlər:”Balama yemək almağa imkanım yoxdur”-VİDEO

Baxılıb:339
Qarabağ qazisi dən ürək parçalayan sözlər:”Balama yemək almağa imkanım yoxdur”-VİDEO

Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə va müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Lakin bu  tədbirlərdən qayğıdan kənarda qalan qazilərimiz də var. Bunlardan biri İmişli rayonu Rəsullu kənd sakini Qarabağ qazisi İsmayılov Kənan Mikayıl oğludur. Qazi bildirir ki,  bu günə qədər heç bir qurum mənim vəziyyətimlə maraqlanmayıb,dəfələrlə  İmişli  RİH-ə müraciət etsəm də məni qəbul edən olmayıb. Odur ki, ALİ BAŞ KOMANDAN cənab İLHAM ƏLİYEVDƏN köməklik istəyirəm, ailəliyəm  bir uşaq atasıyam,uşağa yemək almağa belə imkanım yoxdu.

Ətraflı video süjetdə:


Abunəlik