Çıxışı ilə qalmaqala səbəb olan məktəb direktoru görün hansı icra başçısının həyat yoldaşı imiş

Baxılıb:710
Çıxışı ilə qalmaqala səbəb olan məktəb direktoru görün hansı icra başçısının həyat yoldaşı imiş

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb.

Şagird və valideynlərin qarşısında çıxış edən orta məktəb direktoru 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə 24 günlük müharibə deyib.

AzTimes.az-ın araşdırmasına görə, 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyən Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır.

Məlumata görə, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

1950-ci il təvəllüdlü Bənövşə Cəfərovanın 71 yaşı var.

Görünür, təhsil naziri Emin Əmirullayev icra başçısına hörmət əlaməti olaraq 71 yaşlı Bənövşə Cəfərovanı hələ də direktor postunda saxlayır.

Sosial şəbəkələrdə bu çıxışına görə məktəb direktoru tənqid edilib.(aztoday.az)


Abunəlik