BAŞLADI!Erməni tərəfinin postları boşaldılıb partladılır
Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib.
AzTimes.az Yenicag.az-a istinadən xəbər verir ki, Ağdərə istiqamətində erməni tərəfinin postları boşaldılır, Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfindən isə buldozerlərlə həmin partladılmış məntəqələr doldurulur.
Məlumatda bildirilir ki, erməni tərəfinin postlarının 10-da 9-u boşaldılıb. Mövqelərdə isə Rusiya sülhməramlı qüvvələri yerləşir.
Prosesin davam edəcəyi, Ağdərə, Ağdam istiqamətindən sonra Xocavənd istiqamətində postlar boşaldılıb, partladılıb, yerləri doldurulacaq. Beləcə bu proses mərhələli şəkildə sona qədər davam edəcək