Güclü PARTLAYIŞ BAS VERDİ- Çoxlu sayda SÜLHMƏRAMLI ÖLDÜ

Baxılıb:743
Güclü PARTLAYIŞ BAS VERDİ- Çoxlu sayda SÜLHMƏRAMLI ÖLDÜ

Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqı missiyasının tərkibinə daxil olan 7 sülhməramlı hərbçi ölüb.“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə Somalinin Orta Şaballe vilayətinin Maxaday şəhərində sülhməramlıların avtomobil karvanı keçən yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayış nəticəsində Burundidən olan 7 hərbçi ölüb, 1 zirehli nəqliyyat vasitəsi məhv olub.Hakimiyyət partlayışın məsuliyyətini “Əş Şabab”ın daşıdığını bildirib.Başqa məlumata görə, sentyabrın 25-də Somalinin paytaxtı Moqadişoda, Əl-Qab rayonunda nəzarət-buraxılış məntəqəsində də partlayış törədilib. Bu hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.Qeyd edək ki, 2007-ci ilin yanvarında Afrika İttifaqının qərarı ilə Uqanda, Burundi, Efiopiya, Keniya və Cibuti sülhməramlı missiyanın tərkibində Somaliyə hərbçilərini göndərib.


Abunəlik