Azərbaycan polisinin şəhid övladlarını və ailələri ziyarəti davam edir-Bu dəfə…

Baxılıb:221
Azərbaycan polisinin şəhid övladlarını və ailələri ziyarəti davam edir-Bu dəfə…

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

AzTimes.az xəbər verir ki,polis əməkdaşları məktəblərdə ənənəvi dərslərin bərpa olunması səbəbilə şəhid ailələrinə və onların övladlarına müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar, məktəbli ləvazimatı və geyim forması hədiyyə ediblər. Görüşlərdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, döyüşçülərimizin qələbə əzmindən danışılıb, şəhidlərimizin əziz xatirəsi yad olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik