Qusarda yeni qanun-“Şikayət ictimailəşməsi üçün jurnalist çağıranlar cəzalanacaq!”
Sizə dünən Qusar icra başçısı haqqında danışaraq yazı olacağı anonsunu vermişdim. Özünüz də gördünüz ki, dünən heç bir yazı verə bilmədim. Bəlkə fikirləşdiniz ki, nəsə?…
Məni tanıyan tanıyır ki ,mənim üçün çöl də bayır kimidir. Ay kimsə hədələdi, ay bu qohumdur, belə şeylər keçmir. Amma yazını yazıb təqdim etməmə səbəbim, vətəndaşlara olan təzyiqdir. Məsələni olduğu kimi sizə təqdim edim:
Deməli ötən gün Qusarın Avaran kənd sakini zəng edərək xahiş etdi ki, bizim problemimizi işıqlandırmaq üçün kəndə gəlin. Avaran kəndi layihədə olsa da, kəndin içərisindən qaz xətləri keçsə də , kənd illərdir ki, qazlaşdırılmır. Buna görə də kənd sakinləri odunu pulla alır. Ala bilməyən kasıb əhali isə üz tutur Qusar meşələrinə.orada da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tutub cərimə edir təbiətə ziyan vurduqları üçün. Aşağı tupurursən bığ, yuxarı tüpürür sən saqqal. Mən razılaşdım ki, sizin məsələni ictimailəsdirərəm. Üstündən bir az keçəndən sonra gördüm həmin şikayətçidən yenidən zəng gəldi.
GƏLDİK DÜNƏN ANONSUNU VERDİYİM MƏTLƏBƏ: Avaran kənd icra nümayəndəsi Qusar Rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun dost-doğma bacısı oğlu olan Sabir Feyziyev kənd sakinlərinə deyib ki, mən kənddə qanun qoymuşam. Bu kənddə çəkiliş edən və ya çəkilişdə şikayət bildirən hər kəsi cəzalandıracam. Görəsən nə vaxtdan bu qanunları kənd icra nümayəndəsi qoyur?Dayı bu qədərmi yeeekəəə qüvvə imiş?
Kənd sakinlərinə necə hədə-qorxu gəlinibsə, hamısı həbsdən qorxur. İnsanlar bu qaydada hədələnir bu kənddə. Adamlar sizdən pul, mal, yediyiniz milyonlardan istəmir. Vətəndaşlar sizdən haqqı olanı- kəndin qazlaşdırılmasını istəyir.
Kənd sakinlərinin sağlığından,hüquqlarını bilməməsindən istifadə edərək onları övladları, azadlıqları ilə hədələmək sizə baha başa gələr. Qusar dağlar qoynunda yerləşən bilər. Amma bura nə dağ başıdır, nə Suriya, nə də bu ölkədə “Eskobarlar” ağalıq etmir. Bura Vətəndir. Bura AZƏRBAYCANDIR. Bu ölkənin qanunları var. O qanunlar od olub yandırar məktəbin yerində tikdirgiyiniz otelləri , yığdığınız mal mülkü. Dəmir yumruq əzər başınızı.
Pərvin Abışova AzTimes.az