İsmayıllıda “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsinin növbəti görüş toplantısı keçirilib – FOTO

Baxılıb:125
İsmayıllıda “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsinin növbəti görüş toplantısı keçirilib – FOTO

 

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsinin icrasına başlamışdır. Gənclərin layihə haqqında məlumatlandırılması və seçimin aparılması məqsədi ilə İsmayıllı Peşə Liseyində İsmayıllı rayonundan olan yaradıcı gənclərlə görüş keçirilmişdir.

Görüşü giriş nitqi ilə açan İsmayıllı Peşə Liseyinin direktoru Zaur Muradov bu festivalın gənclər üçün önəmindən, eyni zamanda gənclərin Nəsimi yaradıcılığı ilə yaxından tanış olmalarına imkan yaradan tədbirlərin önəmindən danışdı. Nəsini haqqında öz biliklərini tələbələrlə bölüşdü və rəhbər işlədiyi liseyin hər zaman belə layihələrə dəstək verdiyini qeyd etdi. Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov çıxış edərək Nəsimi haqqında fikirlərini bölüşdü. Nəsimi yaradıcılığının xalqımızın sosial-ictimai həyatında irs kimi yaşanmasının nə qədər faydalı olduğunu qeyd etdi.

Daha sonra birliyin baş katibi Coşqun İsmayılov iştirakçıları və gəncləri salamladı və layihə haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, bu görkəmli şəxsiyyətin irsini gənclərə çatdırmaq, milli mədəni-mənəvi dəyərləri təbliğ etmək və gənclərin bu layihə vasitəsilə bacarıqlarını önə çıxarmaqdır.
Sonra gənclər arasında sorğu aparılaraq onların istedadları yoxlanıldı. Xeyli sayda yeniyetmə və gənc Nəsimi haqqında musiqilər və şeirlər səsləndirdilər. Həmçinin şair barəsində foto-video reportaj hazırlamaq bacarığı olan, onun şeirlərini musiqi alətlərində müşayət etmək qabiliyyətli yeniyetmə və gənclər ortaya çıxarıldı. Görüş iştirakçıları bu festivalda böyük motivasiya ilə iştirak etmək arzusunda olduqlarını bildirdilər. Onu da qeyd edək ki, görüş toplantısında lisey, kollec tələbələri və orta məktəblərin yuxarı sinif şagirləri iştirak edirdilər.

Layihənin seçim mərhələsi bitdikdən sonra, Qəbələ, Göyçay, İsmayıllı rayonlarından seçilmiş (hər rayon üzrə 10, ümumilikdə 30) istedadlı gənc Göyçayda yerləşən “Ədiblər Kompleksi” adlı açıq havada teatr səhnəsində təşkil olunacaq festivalda iştirak edəcəklər.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir