Füzulidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı

Baxılıb:180
Füzulidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı


 
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanv AzTimes.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıblar. V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış narixuana aşkar edilərək götürülüb. Onların satış məqsədi ilə narkotik vasitə olan marixuananı əldə etdiyi müəyyən edilib.
 
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.


 


Abunəlik