Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi
Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan “Bank BTB” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb. Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddia hakim Fərrux Qasımovun icraatındadır.