Ağstafada dəhşət – Ölən və yaralananlar VAR

Baxılıb:301
Ağstafada dəhşət – Ölən və yaralananlar VAR

Ağstafada törədilmiş ağır cinayətin bəzi təfərrüatları məlum olub. “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

AzTimes.az


Abunəlik