Təhsil naziri əhaliyə XƏBƏRDARLIQ etdi: ÇƏTİNLİK yarana bilər…

Baxılıb:592
Təhsil naziri əhaliyə XƏBƏRDARLIQ etdi: ÇƏTİNLİK yarana bilər…

“Məktəblərin açılışının ilk həftələrində sosial psixoloji gərginliklə bağlı çətinlik yarana bilər”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir bildirib ki, bunun üçün ictimaiyyət səbrli olmalıdır: “Başa düşüləndir ki, uzun müddətli fasilədən sonra yenidən ənənəvi təhsilə qayıdırıq və müəyyən qısa dövrlü çətinlik yaşana bilər. Ümumilikdə isə tədris prosesinin qaydasında olacağına ümid edirəm”.

AzTimes.az


Abunəlik