Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev Əli Həsənovun Baş Nazirin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
AzTimes.az