Bacısı qızını boğaraq öldürən dayının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
AzTimes.az xəbər verir ki,Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.