Ramiz Göyüşovun yayılan əxlaqsız görüntüləri ilə bağlı – AÇIQLAMA

Baxılıb:447
Ramiz Göyüşovun yayılan əxlaqsız görüntüləri ilə bağlı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası(YAP)  Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb.

AzTimes.az xəbər verir ki, bununla bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev cavab verib. 

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilmişdir. YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaqdır” – deyə, Elməddin Quliyev qeyd edib. //Oxu.az


Abunəlik