“YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ,BİR DƏFƏ GÖRMƏK DAHA YAXŞIDIR”- Keçmiş əməkdaş əlaqədar təşkilatları AzTV-də yoxlamalar aparmağa ÇAĞIRDI

Baxılıb:935
“YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ,BİR DƏFƏ GÖRMƏK DAHA YAXŞIDIR”- Keçmiş əməkdaş əlaqədar təşkilatları AzTV-də yoxlamalar aparmağa ÇAĞIRDI

AzTV haqqında qalmaqallı statusları ilə gündəmə gələn keçmiş əməkdaşı Saidə Vəliyeva rezonansa səbəb olacaq statusu ilə yenə də fikirləri qarışdırıb.

AzTimes.az xəbər verir ki, AzTV-nin keçmiş əməkdaş Saidə Vəliyeva əlaqədar təşkilatları bu teleradio kanalında yoxlamalar aparmağa çağırıb. Nəzərinizə çatdıraq ki, onun son statusundan sonra şirkətdə siyahısı verilən redaksiyalarda köklü dəyişikliklər aparıldı.

Statusu olduğu kimi sizə təqdim edirik:

“Sentyabrın ilk günündə AzTV-dən gələn ziddiyyətli xəbərlər gündəmi bir göz qırpımında zəbt etdi.”Xəbərlər”in rəhbəri Mehriban Məmmədovanın səlahiyyətinin azaldılması,xidməti avtomobilinin əlindən alınması,”İctimai-siyasi proqramlar” studiyasının direktoru vəzifəsinə siyasi icmalçı Tofiq Abbasovu gətirərək Sərvər Bayramovun “Xəbərlər”ə direktor müavini təyin edilməsi,”Maliyyə və mühasibat uçotu” departamentinin rəisi Niyaməddin Quliyevin tutduğu vəzifədən azad edilərək başqa şöbəyə keçirilməsi haqqında məlumatın verilməsindən 8 (səkkiz) saat sonra AzTV-nin sözçüsü Nərgiz Rəfiyevanın adından APA-da bildirildi ki,heç bir kadr dəyişikliyi olunmayıb: “Həmin informasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir. Bu məlumatların heç bir əsası yoxdur.”

Gözlənilirdi ki,AzTV-nin öz rəsmi saytında,sosial şəbəkələrdəki hesablarında,
Nərgiz Rəfiyevanın və Rövşən Məmmədovun facebook səhifələrində bu barədə açıqlama verilər.Amma efirdə canlı bağlantıların sayının artırılması ilə,guya operativ xəbər verməsi ilə öyünən Rövşən Məmmədovun bu məsələ ilə bağlı susqunluğu davam edir.Ekranda daim dinamik,aktiv Rövşən müəllimin bu olayda passivliyi heç anlaşılan deyil.Ölkənin ən nəhəng kütləvi informasiya vasitələrindən biri olan AzTV-nin öz informasiya resurslarında açıqlama verməməsi təəccüblüdür.

Bundan başqa,telekanalın baş proqram direktoru İlham Alışanlının başqa vəzifəyə keçməsinə, “1AzTV” verilişinin artıq keçmiş aparıcısı Mehin Hümbətovanın “1AZTV” verilişinin komandası işdən çıxdı. Mən də komanda yoldaşlarımla birlikdə ərizəmi yazıb, işdən ayrıldım. Məncə, o verilişin uğuru elə komandada idi. Yeni, pulsuz işləyəcək komandaya uğurlar arzulayıram” açıqlamasına, Mədəniyyət TV-nin direktor müavini Emil Şahzadənin Ombudsman  Aparatının “İnformasiya və ictimaiyyətlə əlaqələr” sektorunun müdiri vəzifəsinə təyin olunması xəbərlərinə AzTV adından heç bir münasibət,reaksiya yoxdur.

Gördüyünüz kimi son zaman bu teleradio kanalı ilə bağlı informasiyalar sürətlə dövr edir.Hesablama Palatası tərəfindən AzTV-də təxminən 3 (üç) aydan artıq müddətdə maliyyə yoxlamaları aparıldı.
Hələki bu barədə açıqlama verilmir.Yəqin çox keçməz nəticə bəlli olar.Maliyyə yoxlanışından başqa yaxşı olardı ki Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də digər dövlət orqanları da araşdırmalar aparsınlar.Məsələn,Maliyyə Nazirliyi,Vergilər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin AzTV-də yoxlamalara başlamasına zərurət yaranıb.Şikayətlər çox yazılır,çox deyilir,çox eşidilir.Amma,necə deyərlər,yüz dəfə eşitməkdənsə,bir dəfə görmək daha yaxşıdır.Görüb yoxlamaq səlahiyyəti isə sizdədir,hörmətli əlaqədar təşkilatlar.”

AzTimes.az


Abunəlik