“London körpüsü dağıldı”- Kraliça belə dəfn ediləcək

Baxılıb:365
“London körpüsü dağıldı”- Kraliça belə dəfn ediləcək

Böyük Britaniya kraliçası 2-ci Elizabetin ölümündən sonra tətbiq ediləcək plan və cənazə mərasiminə dair detallar mətbuata sızıb.

AzTimes.az xəbər verir ki, planın adı “London körpüsü əməliyyatı” adlanır. Baş nazirə kraliçanın ölümü “London körpüsü dağıldı” şifrəli mətn ilə çatdırılacaq. Kraliçanın ölüm xəbərini PA mediası yayacaq. Yas mərasimi dövründə sosial mediada bəzi məhdudiyyətlər tətbiq ediləcək. Xalq kraliçanın tabutunu 3 gün ərzində ziyarət edə biləcək. Kraliçanın ölümündən 10 gün sonra milli matəm elan ediləcək.

Bəzi rəsmi tədbirlər təxirə salınacaq.//Metbuat.az


Abunəlik