Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının VII yığıncağı keçirildi-FOTOLAR

Baxılıb:234

3 sentyabr 2021-ci tarixdə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının VII yığıncağı keçirilib.

AzTimes.az xəbər verir ki,əvvəlcə qonaqlar Göyçay şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanları ziyarət edərək, məzarları üzərinə tər qərənfillər düzüblər. Sona tədbir iştirakçıları Göyçay şəhər Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə Göyçay və ətraf rayonların fermerləri iştirak edib. Görüşün əsas məqsədi Assosiasiyanın strukturunda yeni dəyişikliklərin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olmuşdur.
Görüşün nəticəsi olaraq Assosiasiyanın 5 nəfərdən ibarət idarə heyəti və idarə heyətinin sədri müəyyənləşdirildi. İdarə heyətinin üzvləri olaraq Azərbaycan Nar İstehsalçılar və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, AzNar MMC-nin icraçı direktoru Teymur Əhmədov, Red Valley MMC-nin təsisçisi Rəşad Şirinov, G5 AGRO MMC-nin direktoru Şirvan Əhmədov və MARS-FK LTD MMM-nin direktoru Seymur Cəbrayılov seçiliblər. İdarə heyətinin üzvləri
arasında keçirilən səsvermə nəticəsində Azərbaycan Nar İstehsalçılar və İxracatçıları
Assosiasiyasının sədri Fərhad Qaraşov yenidən Assosiasiyanın sədri seçilmişdir.


Görüşün ikinci panelində Azərbaycan Respublikasının Kənd Təsərrüfətı Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları narçı fermerləri problem və təkliflərini dinləmiş, suallar cavablandırılmış və məsələlər yerində qeydə alınmışdır.
//Göyçay informasiya agentliyi


Abunəlik