Göyçayda Müstəqillik Günü qeyd olunub – FOTO + YENİLƏNİB

Baxılıb:307
Göyçayda Müstəqillik Günü qeyd olunub – FOTO + YENİLƏNİB

****

11:00

Göyçayda Müstəqillik Gününün 28 illik ildönümü qeyd olunur. AzTimes.az xəbər verir ki, bu münasibətlə artıq hazırlıqlara başlanılıb.

 

****

14:30

Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.

AzTimes.az xəbər verir ki, bu münasibətlə Göyçay şəhərində tədbir keçirilib. Bayram tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd edib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Sonda tədbir Göyçay Gənclər Mərkəzinin direktoru Anar Nağıyevin təşəbbüsü ilə hazırlanan “Qarabağ Azərbaycandır!”- adlı fləşmob ilə yekunlaşıb.

Davud Tarverdiyev

AzTimes.az – Göyçay


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir