Ərinin zorakılığına dözməyərək övladı ilə birlikdə binadan özünü atan qadın həyatını itirdi-FOTOLAR
AzTimes.az xəbər verir ki, 30 avqust 2021 tarixində Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus 3 mərtəbəli şəxsi binanın başından yerə yıxılıb və Tahirə balamız yerindəcə dünyasını dəyişib. Anası isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Son fotoları sizə təqdim edirik:
Hadisədən dərhal sonra özünə xal qazanmaq istəyən Rəhman Niftəliyev sosial şəbəkədə canlı yayım açaraq etdiyi əməli təkzib etməyə çalışıb, bu isə izləyicilərin kəskin etirazına səbəb olub.
AzTimes.az