Polislər şəhid ailələrini ziyarət etdi-FOTOLAR

Baxılıb:483
Polislər şəhid ailələrini ziyarət etdi-FOTOLAR

Qusar RPŞ-nin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

 Aztimes.az xəbər verir ki, Qusar  Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin  ailələrini və aztəminatlı ailələri ziyarət ediblər. Onların problemləri ilə maraqlanıblar. Polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin hünəri, əziz xatirəsi yad edilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.


Abunəlik