Azərbaycanda çörək sexində güclü partlayış-Ölən var

Baxılıb:308
Azərbaycanda çörək sexində güclü partlayış-Ölən var

Şirvanda çörək sexində partlayış baş verib.

AzTimes.az-ın məlumatına, hadisə T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan YMX-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.

APA 


Abunəlik