Daşkəsən sakini Kəlbəcərdə minaya düşdü
Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.
AzTimes.az xəbər verir ki,rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onun ayağı topuqdan aşağı kəsilib.
Faktla bağlı araşdırmalara başlanılıb./sfera.az