Ramin Bayramlının olduğu iddia olunan villa Rasim Bayramlının imiş-TƏFƏRRÜAT
Son günlər gündəmi zəbt edən məsələlərdən biri dəTƏBİB-in siması olan Ramin Bayramlının olduğu iddia edilən başıbəlalı villa barədə xəbər var.
Az qala, hər kəs paytaxt ərazisində TƏBİB-in sədri Ramin Bayramlıya aid olduğu deyilən dəbdəbəli villadan danışır.
AzTimes.az xəbər verir ki, çəkiliş qrupu hadisə yerinə dəqiq məlumat almaq üçün yaxınlaşıb. Ərazidə həmkarlarımızı bir nəfər qarşılayır və and-aman edir ki, bu villa Ramin Bayramlının yox, mənimdir. Adamım da adı nə olsa, yaxşıdı? Rasim Bayramlı. Nəzərinizə çatdıraq ki, həmin şəxs canlı yayım zamanı “Kanal 13” əməkdaşlarına hücum edərək yüngül xəsarət yetirmişdi. “Soydaşlarınız eynidir, qohumsunuzmu ” sualına Rasim Bayramlı” Artıq onun sizə heç bir dəxli yoxdur ” deyə cavab verib.
Ramin Bayramlı isə AzTimes.az-ın sorğusunu hələ cavablandırmayıb.
Mərahim Nəsib, AzTimes.az