CANLI YAYIMDA ŞOK: Ərdoğanın qarşısında BÖYÜK MÜBAHİSƏ yaşandı – Türkiyə prezidenti görün nə etdi…

Baxılıb:498
CANLI YAYIMDA ŞOK: Ərdoğanın qarşısında BÖYÜK MÜBAHİSƏ yaşandı – Türkiyə prezidenti görün nə etdi…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqoviniya səfərinin yekunlarına dair Sarayevoda təşkil olunan mətbuat konfransında gərginlik yaşanıb.

Kanal.az xəbər verir ki, mətbuat konfransında Dövlət Şurasının rəhbəri Zeljko Komsic, şuranın boşnak nümayəndəsi Sefik Dzareviç, serb nümayəndəsi Milorad Dodik və digərləri iştirak edib. Lakin konfrans zamanı Türkiyə ilə münasibətlərə dair açıqlamalar verilən anda nümayəndələr mövzunu dəyişərək Bosniya və Herseqoviniyanın idarəetmə sisteminə dair mübahisə ediblər. Ərdoğan başverənləri böyük təəccüb içində izləyib. Serb nümayəndə Milorad Dodik, Bosniya və Herseqoviniya müharibəsini bitirən Dreyton sazişinin şərtlərinə narazılıq edib. O bildirib ki, sazişin şərtləri ilə formalaşan idarəetmə sistemi ölkəni çətin vəziyyətə salıb. Xorvat və serb nümayəndələr isə Dodikin sözlərinə etiraz edərək, onu Ərdoğanın olduğu toplantıda reytinq qazanmaq istəməkdə ittiham ediblər. Ərdoğan isə gərginliyə müdaxilə etməyib. Türkiyə prezidenti mövzunu dəyişərək, iki ölkə arasında əlaqələrdən danışıb.

 Qeyd edək ki, Bosniya və Herseqoviniyanın idarəetmə sistemi uzun zamandır siyasi böhrana səbəb olub. Deyton sazişinə görə, bütün xalqları təmsil etməklə prezident və nazir postlarının hər birinə 3 şəxs təyin olunub. Onların hamısı isə bütün xalqların seçdiyi bir ali nümayəndəyə tabedir. Serblər bu sistemə qarşı çıxır. Boşnaklar və xorvatlar isə siyasi böhran başa çatmadan idarəetmə sisteminin dəyişdiyilməsinə qarşı çıxır.


Abunəlik