Ermənistan rəsmi olaraq Azərbaycanın tələbini qəbul etdi – Gorus-Qafan yolu buna görə açıldı

Baxılıb:196
Ermənistan rəsmi olaraq Azərbaycanın tələbini qəbul etdi – Gorus-Qafan yolu buna görə açıldı

Siyasi şərhçi Asif Nərimanlı Gorus-Qafan yolunun açılması ilə bağlı şərh verib.

AzTimes.az onun fikirlərini təqdim edir:

“Danışıqlarda iki nəticə əldə olunub. Birincisi, yolda Azərbaycanın keçid məntəqəsi yaradılıb, həmçinin, ziqzaqvari bloklar qurulacaq; İkincisi, Ermənistan yolun bizim ərazimizə düşən 21 kilometrlik hissəsini rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıyıb;

Erməni politoloq Stepan Danielyan bildirir ki, Nikol Paşinyanın hökumətin iclasında yolun 21 kilometrinin və Çayzəmi ilə Eyvazlı kədlərinin Azərbaycan ərazisi olduğunu təsadüfən dilə gətirmədi:

“Danışıqlarda tələblərdən biri bu idi və Ermənistan rəsmi olaraq bunu qəbul etdi. Proses əslində Ermənistan-Azərbaycan sərhədinin o hissəsinin demarkasiyası əməliyyatı idi”./mətbuat.az


Abunəlik