Tibb müəsisəsində son hədd- əlil arabası qarşılığı qızıl girov tələb olundu-VİDEO
Hadisə 14.10.2019-cu il tarixində Onkoloji xəstəxananın diaqnostika şöbəsində baş verib. Belə ki, müayinəyə gətirilən xəstənin halı pis olduğu üçün qohum qadın növbətçi tibb bacısına yaxınlaşaraq onlara əlil arabası verilməsini xahiş etdikdə şəxsiyyət vəsiqəsi tələb olunub. Qadın şəxsiyyət vəsiqəsinin üstündə olmadığını dedikdə isə ondan barmağındakı qızıl üzük girov kimi götürülüb. Bu qanunsuzluq ziynət əşyası girov götürülən vətəndaş tərəfindən video qeydə alınaraq AzTimes.az saytına göndərilib. Videonu olduğu kimi sizlərə təqdim edirik.