Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Baxılıb:129
Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

 

Bakı-Şamaxı-Yevlax yolunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, “Mersedes Vito” markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması və aşması nəticəsində Göyçay şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 12.02

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yoldan çıxan “Mersedes Vito” markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb və nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir