Qubada “Alma bayramı”na start verilib – FOTO

Baxılıb:312
Qubada “Alma bayramı”na start verilib – FOTO

 

Quba rayonunda “Alma bayramı” keçirilir.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Bayrağı və avtomobillərin üzərində almalardan hazırlanmış bəzəkli köşklərin möhtəşəm keçid-paradı ilə başlayıb.

Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad NağıyevMilli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Təşkilat Komitəsindən “Report”un Şimal bürosuna verilən məlumata görə, parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək: “Bayramda proqram çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcəyi, respublikamızın populyar incəsənət ustalarının, eləcə də Quba rayonunun və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq, konsert proqramı gün ərzində davam edəcək, şənlik axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq. Tədbir çərçivəsində bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşəcək”.

Bayram şənliyində çoxsaylı qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir