Gülay Zeynallıdan qalmaqallı açıqlama:” Mən oxumağa başlayanda…”
Müğənni Gülay Zeynallı qalmaqallı çıxışı ilə diqqət çəkib.
AzTimes.az xəbər verir ki, “Özəl” verilişinə qonaq olan sənətçi “Yarım gözlər məni” ifasından danışıb. Gülay həmin mahnını həmkarı Tacir Şahmalıoğlunun da oxuduğunu bildirərək ona eyham vurub:
“Bəzi müğənnilər kimi mövsümlə oxuyan deyiləm. Könlümdən nə keçirsə, onu da oxuyuram. Baxmıram, küçədə yağış yağır, yoxsa gün çıxır. Belə müğənnilərimiz var. Bir dəfə Hacı Nazimin yanına getdim, ondan mahnı istədim.
Bir kompozisiya çox xoşuma gəldi. “Yarım gözlər məni” mahnısını onda seçdim, Nazim dedi ki, Tacir Şahmalıoğlu artıq bunu oxuyub. Dedim, nə fərqi var, icazə alıb oxuyaram. Elə də oldu. Mən oxuyana qədər o mahnı Tacir müəllimin yadına düşmürdü. Mən oxuyandan sonra o da ifa etməyə başladı”.