ŞOK : Rəsullu Yalavac bələdiyyəsində ağılagəlməz olay!

Baxılıb:247
ŞOK : Rəsullu Yalavac bələdiyyəsində ağılagəlməz olay!

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquq pozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokrorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalinin narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Lakin, bu imzalanmış qanunlara bəzi rüşvətxor bələdiyyə sədrləri səti yanaşırlar.

AzTimes.az xəbər verir ki, bu barədə Oxuinfo.az informasiya saytna İmişli rayonunun Rəsullu və Yalavac kənd bələdiyyəsinin qanusuz əməlləri barədə məlumatı və sənədlər daxil olub və həmin sənədləri hörmətli oxucularımızın və hüquq mühafizə orqanlarının, Ədliyyə Nazirliyi yanında bələdiyyələrlə iş mərkəzinin sədrinin nəzərinə çatdırırıq. Rəsullu,Yalavac bələdiyyəsindən 2002-2003cü il tarixlərində həyətyanı və sahibkarlıqla məşqul olmaq üçün verilmiş bələdiyyənin arxivində olan sənədlər sadə vətəndaşların əllərinə keçib.Sənədlərin nə dərəcıdə düzgün olub olmadığı bizə məlum deyil, bunu hüquq mühafizə orqanlar araşdırmalıdır, maraqlısı odur ki, hansı səbəbdən və necə olur ki, bələdiyyənin arxivindəki sənədləri sadə vətəndaşlar ələ keçirə bilir? Rəsullu Yalavac bələdiyyəsinin sədri Xəqani adlı bir şəxsdir, kənd sakinlərinin bildirdiklərinə görə Xəqaninin sədr olmasına baxmayaraq bələdiyyəni Rəsullu kənd sakini bələdiyyə üzvü, bələdiyyənin torpaq komissiyasının sədri Qasım Adəm oğlu Şükürov idarə edir.Qasım bəy o, qədər irəi gedib ki, bələdiyyənin balansında olan 100 hektarlarla torpaq sahələrindən öz şəxsi pay torpağı kimi istifadə edir.Bir neçə gün öncə Qasım Şükürovun qanunsuz əməllərindən narazı olan Qarabağ qaziləri öz narazılıqıarın bildirdikə, Qasım özünə məxsus kobud şəkildə qazilərə bildirib ki, siz döyüşdə olanda mən sizi ailərinizə arzaq yardımı vermişəm,əgər şikayətiniz varsa, narazısınızsa hara istəyirsiniz şikayət edin. Kəndlilərin söylədiklərinə görə Q. Şükürovun yeznəsi Rusiyada bizneslə məşğuldu bu da hər bir işdə ona arxalanır. Hörmətli hüquq mühafizə orqanlarından xahiş edirik ki, araşdırma aparılsın və Q. Şükürovun əməllərinə hüquqi qiymət verilsin.


Abunəlik