SON DƏQİQƏ: Rövnəq Abdullayevin də istefa ərizəsi alındı – SOCAR-ın yeni PREZİDENTinin kimliyi bəlli oldu

Baxılıb:419
SON DƏQİQƏ: Rövnəq Abdullayevin də istefa ərizəsi alındı – SOCAR-ın yeni PREZİDENTinin kimliyi bəlli oldu

Yaxın günlərdə daha bir mühüm dəyişikliyin həyata keçirilməsi gözlənilir. Söhbət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin istefaya göndəriləcəyindən gedir.

AzTimes.az  xəbər verir ki, BİA.az-a söyləyən mənbənin iddiasına görə, artıq R.Abdullayevi əvəzləyəcək kadrın da adı bəllidir.

Mənbənin sözlərinə görə, SOCAR yeni prezidenti olacaq şəxs, artıq hakimiyyət daxilində çoxlarına məlumdur. (Yaxın saatlarda SOCAR yeni şefi ilə bağlı geniş məlumat veriləcək) Amma hələki, bu dəyişiklik iqtidar tərəfindən gizli saxlanılır.

O da qeyd olunur ki, Rövnəq Abdullayevin istefaya göndərilməsinin bir qədər təxirə salınmasına səbəb hazırda onun sahib olduğu şirkətlərin və milyardlarla pul vəsaitinin nəzarətə alınmasıdır. Yaxında bu proses başa çatdıqdan sonra, SOCAR prezidenti öz vəzifəsi ilə vidalaşmalı olacaq.

Gələn ən son xəbərlərdə isə bildirilir ki, artıq SOCAR prezidenti ilə onun müəyyən səbəbərdən istefa ərizəsi yazmağı danışılıb. Mənbə BİA.az-a bildirib ki, bu haqda Rövnəq Abdullayevlə, Altay Həsənov danışıb. İddiaya görə, yaxın günlərdə proses həyata keçiriləcək. Nəzərinizə çatdıraq i, bu barədə xəbər Hakimiyyet.az  saytında da dərc edilib.

Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir