“Rövşən Məmmədov demişkən,bir az da gəzişmələr edək” -Sabiq əməkdaşdan tükürpədici STATUS

Baxılıb:1851
“Rövşən Məmmədov demişkən,bir az da gəzişmələr edək” -Sabiq əməkdaşdan tükürpədici STATUS

AzTV-nin Sabiq əməkdaşı Səida Vəliyevanın şəxsi “Facebook” hesabında Aztv-nin studiyaları ilə bağlı yazdığı status rezonans səbəb olub. Səidə Vəliyeva AzTimes.az-az bildirib ki, statusda yazılan müəyyən faktlardan sonra ona AzTV əməkdaşları tərəfindən çoxlu mesaj və zənglər də gəlib. Statusu olduğu kimi sizə təqdim edirik:

“AzTV-nin İnformasiya Proqramları Studiyası barədə müəyyən məqamlara toxunulmuşdu.İndi isə gəlin bu
strukturda,Rövşən Məmmədov demişkən,bir az da gəzişmələr edək.Ştat cədvəllərinə nəzər yetirək.Milli teleradiomuzun tarixini rövşənəqədərki və rövşəndənsonrakı dövrlərə ayırıb təsnifatını aparsaq,görərik ki,bu əski idman müxbirinin zamanında ştat vahidləri çoxalıb,özü də heç bir zərurət olmadan.Deməli, büdcəni öz cibi bilən Rövşənin səxavəti artıb,öz yaxınları,qohum-əqrəbaları üçün yeni ştatlar açıb.Məsələn,onlardan biri Rövşənlə qohum olduğu deyilən Məmmədov Rafael Zöhrab oğludur.Bu şəxs Rövşən Məmmədov AzTV sədri kimi təsdiq edildikdən bir neçə gün sonra AzTV-də peyda olur,”Xəbərlər”ə rejissor gətirilir.Həmin vaxt o paralel olaraq İctimai TV və Lider TV-də də işləyirmiş.Bir müddət keçdikdən sonra əmri verilir və “Xəbərlər” proqramında işini davam etdirir.Heç iki ay keçməmiş,Rövşən Rafaelə jest edib yeni ştat açır və Rafael Məmmədovu İnformasiya Proqramları Studiyasının bədii rəhbərinin müavini təyin edir və rəsmi materialların hazırlandığı xüsusi qrupa daxil edir. Bəli,Rövşənin qohumu və ya “kruq”unun üçrəqəmli məbləğ alması axı ayıb olardı.Ona görə də dərhal Rafael Məmmədovun məvacibi 900 manatdan təxminən 3300 manata yüksəldilir.Bu barədə ötən aylarda mediada məlumat verilmişdi.Maraqlı olan odur ki, Rövşən Məmmədov hansı meyarlara görə Rafael Məmmədovu ildırım sürəti ilə vəzifədə qabağa çəkib? Məgər AzTV kimi böyük kollektivdə rejissor,kadr qıtlığı yaranmışdı? Hələ 3-4 aydı çalışan,yeni iş yerinə tam uyğunlaşmayan adamı birdən birə yüksək vəzifəyə təyin etmək hansı məntiqə sığırdı? Başqa yerlərdə staj yığmaq AzTV kimi strateji idarədə sıçrayışla yüksək məqama gətirilməyə əsas vermirdi.

Rafaeli sevindirdikdən sonra Rövşən daha bir yaxın adamının könlünü xoş edir.Montaj rejissoru İlham İsayevi də İnformasiya Proqramları Studiyasının bədii rəhbərinin müavini qoyur.Yeri gəlmişkən,İlham İsayevin həyat yoldaşı Ramilə İsayeva üçün də Rövşən Məmmədov yeni ştat açıb onu “Xəbərlər”in məsul rejissoru etmişdi.Halbuki “Xəbərlər”in baş rejissoru və növbəlilik üzrə işləyən rejissorları var.Büdcəni yükləməyə heç bir ehtiyac yox idi.Amma Rövşən bunu etməli idi.Çünki dəfələrlə yazılıb,artıq sirr deyil ki,Rövşən Məmmədov kadr seçimində arvadı Ramilə Məmmədlinin qohum-əqrəbasına,dost-tanışına,rəfiqələrinə üstünlük verir.Ramilə İsayeva da bu sırada olub.Bu o Ramilədir ki, bir neçə il əvvəl işə məsulliyyətsiz yanaşdığına,bundan başqa davranışına,qocaman bir əməkdaşı nalayiq söyüşlərlə təhqir etdiyinə görə işdən qovulmuşdu.Bundan sonra Türkiyəyə üz tutub başqa sahələrdə çalışan Ramilə İsayevanı Rövşən Məmmədov 2019-cu ilin yanvarında AzTV-nin sədr əvəzi keçən kimi təcili işə çağırır,2-3 ay sonra əmrini verir.Lakin nədənsə Hesablama Palatası AzTV-də yoxlamanı aparan zaman Ramilə İsayeva Rövşən Məmmədovla yollarını ayıraraq işdən çıxır.

Beləliklə,bundan əvvəlki yazıda da “Xəbərlər”dən xəbərlər oxumuşdunuz.

https://m.facebook.com/story.php?story_fbid=3922925581169901&id=100003574937034

Oxuyub bilmişdiniz ki AzTV-nin təkcə bir departamenti üçün büdcədən külli miqdarda vəsait xərclənir.Baş direktor,direktorlar,direktor müavinləri,baş redaktorlar,baş redaktor müavinləri,şef redaktorlar,redaktorlar,bədii rəhbər,bədii rəhbərin müavinləri,baş rejissor,məsul rejissor… Cənab Rövşən Məmmədov,sən kələfin ucunu bu cür itirmisən.Öz yarıtmaz idarəçiliyin,tamahkarlığın,harınlığın ucbatından böyük bir kollektiv sənin əvəzinə əziyyət çəkir. Hələ pandemiya qurtarmayıb,gündə bir ştamm əmələ gəlir,bir yandan artan kommunal xərclər,bazar iqtisadiyyatının fəsadları bütün ölkələrdə olduğu kimi bizdə də camaatın güzəranına təsir edir,sən isə adi işçilərin pullarını kəsərək onları çətinliklərlə üz-üzə qoyursan.Təəccüblüdür ki bu məsələ Hesablama Palatasının yoxlanışı bitəndən sonraya təsadüf edib.İlin ortasında birdən-birə redaksiyaların,studiyaların büdcəsini azaltmaqla əyər-əskikləri düzəltmək istəyirsən.Axı bütün təşkilatların büdcələri əvvəlki ilin sonundan məlum olur.Bəs AzTV qəfildən niyə belə kasıblaşdı? 30 milyon manatdan artıq pul hara getdi? Reklamdan daxil olan gəlir hara getdi? Bəlkə daxılın açarını itirmisən,xəbərimiz yoxdur.Ondansa üç ilə yaxındır ətrafına yığdığın “kreativ” komandanla birlikdə kəmərlərinizi sıxın,bu vaxta kimi yediyiniz yağ-balı quru pendir-çörəklə əvəz edib mənimsədiyiniz vəsaiti öz cibinizdən qaytarın.Rövşən Məmmədov,büdcən azalıbsa,niyə tanış-bilişin üçün açdığın bu qədər əlavə ştat vahidini hələ də saxlayırsan? Nəyə görə qənaəti bu istiqamətdə etmirsən?
Göründüyü kimi Rövşən Məmmədov xüsusi zərurət olmadan əlavə ştatlar açaraq dövlətin təyin etdiyi büdcəni,reklamdan gələn gəlirləri sağa-sola sovurub.İndi isə maliyyə yoxlamalarının nəticəsini duyaraq təşvişə düşüb.Hirsini sıravi əməkdaşların qonorarlarını kəsib-doğramaqla,onları ixtisara salmaqla,onlarla əmək müqaviləsinə müxtəlif bəhanələrlə xitam verməklə soyutmaq istəyir.Artıq bu prosesə start verildiyi barədə informasiyalar dolaşır.Bu özbaşınalığa son qoymağın vaxtı çatıb.Hesablama Palatasından başqa digər istiqamətlərdə də yoxlamalar aparıb Məmmədov Rövşən Raqif oğlunun fəaliyyətinə qanunvericiliyə müvafiq olaraq qiymət vermək lazımdır.”


Abunəlik