Pirallahıda əməliyyat keçirildi

Baxılıb:263
Pirallahıda əməliyyat keçirildi

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
AzTimes.az xəbər verir ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.


Abunəlik