Daha bir müəllim vəfat etdi

Baxılıb:435
Daha bir müəllim vəfat etdi

Azərbaycan Turizm və Menecment Universitetinin gənc müəllimi Vüsalə Salahova vəfat edib.

Bu barədə Milli.Az-a Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib.

Vüsalə Salahovanın ölüm səbəbi hələlik bilinmir.

Qeyd edək ki, mərhum universitetin “Mehmanxana və restoran biznesi” kafedrasında ingilis dili müəllimi olub.

Xatırladaq ki, bu gün daha bir gənc müəllim vəfat edib. 23 yaşlı Şəbnəm Qurbanova koronavirusdan dünyasını dəyişib.

AzTimes.az


Abunəlik