Quba sakinindən civə tapıldı

Baxılıb:419
Quba sakinindən civə tapıldı

      Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AzTimes.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayonun 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb. Faktla bağlı istintaq aparılır.


Abunəlik