Əşrəf Qəni üzə çıxdı-Harda olduğu AÇIQLANDI
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni Birləşmiş Ərəb Əmirliklərindədir.
AzTimes.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib. O bildirib ki, Kabili tərk etdikdən sonra ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə gəlib.
Qeyd edək ki, “Taliban” Kabilə daxil olandan sonra Əşrəf Qəni ölkədən qaçıb. Onun qaçarkən külli miqdarda pul apardığı irəli sürülür.