Köhnə sandıqda torbalarla narkotik…-FOTOLAR
Köhnə sandığın içindən torbalarla narkotik çıxdı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Viyən kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə qurudulmuş marixuananı satarkən saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd çətənə kolu, həmin həyətdəki yarımçıq tikilidəki sandığın içərəsindən isə sellofan torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M.Kazımovun həmin narkotik vasitəni həyətyanı sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından əldə etdiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.